Sentyabrın 13-də qiymətli kağızlar bazarına texniki yardım haqqında saziş imzalanacaq
Sentyabrın 13-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qiymətli kağızlar bazarına texniki yardım haqqında saziş imzalanacaq. Layihəyə İsveçrə Konfederasiyası Hökuməti yardım edəcək.
QKDK-da Turan-a deyiblər ki, texniki yardım iki komponent üzrə olacaq: hüquqi və tənzimləyici çərçivənin yenilənməsi və gücləndirilməsi, təklifin stimullaşdirilması.
Layihə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası çərçivəsində hazırlanıb.
Dünya Bankı ilə Kapital bazarının müasirləşdirilməsi layihəsi çərçivəsində saziş 2011-ci ilin sentyabrında bağlanılıb. Layihənin ümumi qiyməti $15,8 mln-dur. Bunun $12 mln-u DB ayırıb. İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi layihənin həyata keçməsi üçün $1,6 mln ayırıb. Azərbaycan hökumətinin payı $2,2 mln-dur.
Hazırda Dünya Bankı QKDK-nin seçdiyi məsləhətçinin namizədliyini nəzərdən keçirir. 08D
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 14:06
-
- Söz istəyirəm
- 11 Sentyabr 2012 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz