- İqtisadiyyat
- 11 İyun 2013, 13:50
- 184
Sərnişin avtobusları özəlləşdirilməyə başlayır
Nəqliyyat Nazirliyi 2008-ci ildə ölkəyə idxal edilən sərnişin avtobuslarını özəlləşdirməyə başlayır. Birinci mərhələdə hərraca MAN (10 ədəd) və MAZ (5) markalı 15 avtobus çıxarılıb.
MAN Lions Classic A 74 avtobusları 76 879 manata təklif edilir. 2008-ci ildə Nəqliyyat Nazirliyi bildirmişdi ki, alman avtobusları dövlət büdcəsinə $250 000-a başa gəlib. Belarusun MAZ-203067 avtobusları 70 223 manata təklif edilir.
Əmlak Məsələləri Dövlət Komitəsində Turan-a bildiriblər ki, əmlakı satışa çıxarmaq balans sahibinin hüququdur. «Görünür, avtobuslar mənəvi cəhətdən köhnəldiyi üçün satışa qoyulub», deyə ƏMDK-də bildiriblər.
Xatırladaq ki, 2008-2009-cu illərdə dövlət büdcəsinin hesabına bir neçə yüz sərnişin avtobusu alınmışdı. --08B—
-
- Siyasət
- 11 İyun 2013 13:47
-
- İqtisadiyyat
- 11 İyun 2013 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz