Sığorta autsaydeləri bazarın qapalılığından şikayətçidir
Autsayder Royal Sığorta şirkəti 7 ayda 77,2 min manat mükafat toplayıb, 4,09 min ödəniş edib.
Şirkətin İH sədri Nüsrət Babayev bildirib ki, səbəb imkanların qapalı olmasıdır. «Şirkət il yarım öncə lisenziya aldı ki, İcbari Sığorta Bürosuna üzv olsun.Maliyyə Nazirliyi imkanımıza uyğun olmayan tələb qoydu. Bütün uğrulu sığortaçılar banklara və treyder firmalara bağlıdır. Royal Sığortanın belə imkanı yoxdur», - deyə o bildirib.
Autsayderlər sırasında təsisçisi məşhur banklar və kredit strukturu olan şirkətlər də var. Belə ki, Gunay Sığorta 228,08 min manat, Əmrah Sığorta 449,9 min manat toplayıb. 1 mln-dan az toplayan digər şirkətlər Era Trans (497,43 min), Azərqarant (529,02 min) və Chartis Azerbaijanıdr (667,89 min manat).
«Royal Sığorta» 2011-ci ildə fəaliyyətə başlayıb. Şirkət İcbari Sığorta Bürosuna üzvlük üçün müraciət edib. İlkin nizamnamə kapitalı 5,5 mln manatdır. Şirkətin rəhbərliyinə Heydər Əliyevin qardaşı oğlu İlqar Əliyevdən başqa, Famil Teymurov, Vüqar Şahbazlı, Şahbaz Şahbazov və "Royal Bank"ın Müşahidə Şurasının sədrinin oğlu Fuad Cam daxildir. --17D—
-
- İqtisadiyyat
- 16 Avqust 2013 15:31
-
- Siyasət
- 16 Avqust 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz