- İqtisadiyyat
- 14 Aprel 2015, 14:47
- 319
Sığorta haqları və ödənişlər
I rübdə sığorta bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% artım olub. Sığortaçılar Assosiasiyasında Turan-a deyiblər ki, cəmi 134 mln 803,16 min manat mükafat yığılıb.
Marketinq xidmətinin əməkdaşı Vəfa Rüstəmova bildirib ki, könüllü növlər üzrə mükafatların 69,1%-i və ya 93 mln 105,75 min manat toplanıb. Həyat sığortası mükafatları 21 mln 375,19 min manat olub. Tibbi sığorta (34 mln 342,07 min manat) liderdir, ardınca həyat yığım sığortası - 16 mln 56,24 min manat, avtonəqliyyat vasitələrinin sığortası - 7 mln 563,28 min manat, əmlakın yanğından və başqa risklərdən sığortası - 7 mln 123,59 min manat, hava nəqliyyatının sığortası - 5 mln 723,48 min manat və yük sığortası gəlir - 3 mln 6,49 min manat.
İcbari növlər üzrə 41 mln 697,41 min manat toplanıb. AVSMMİS liderdir - 15 mln 152,82 min manat, ardınca məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari sığortası - 2 mln 576,59 min manat, hərbçilərin icbari sığortası gəlir - 3 mln 357,14 min manat.
Ödənişlər 35 mln 748,94 min manat (mükafatların 26,5%-i, ötən ilkindən dörddə bir çox) olub. --17D—
-
- Analitika
- 14 Aprel 2015 14:18
-
- İqtisadiyyat
- 14 Aprel 2015 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz