Sığorta mükafatları cəmləşir
Bu ilin 10 ayında sığorta şirkətləri 356 mln manat (+5,4%) mükafat yığıb. Bunun 51%-i aparıcı beşliyin payına düşür.
Sığorta Assosiasiyasının məlumatına görə, «Paşa Sığorta» 45,6 mln manat mükafatla liderdir. «Azersığorta» - 37,2 mln manat, «Paşa Həyat Sığorta 35,1 mln manat, «Atəşgah Həyat Sığorta» 32,6 mln manat, «AzSığorta» 30,7 mln manat toplayıb.
6 şirkət 1 mln manatdan az, 11 şirkət 10 mln manatdan çox yığıb. Bazarda 28 şirkət var.
Ümumi ödənişlər 131,4 mln manat (+32,8%) olub. Bu, mükafatların 36,9%-dir – ötən ilin eyni dövründə bu göstərici 29,3% idi.
Ödənişlərdə «Paşa Sığorta» liderdir (22,7 mln manat). «Atəşgah Həаyat Sığorta 21,6 mln manat, «Atəşgah» 12,2 mln manat, «Azərsığorta» 10,8 mln manat, «AXA-Mbask» 8,7 mln manat ödəniş edib. Ödənişlərin 58%-i bu şirkətlərin payına düşür. --17D—
-
- Cəmiyyət
- 18 Noyabr 2014 13:23
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz