Bəzi tikinti materiallarının istehsalı azalıb
Dövlətstatkoma görə, bu ilin on ayında Azərbaycanda 378,1 mln manatlıq (ötən ilin eyni dövrünə nisbətən +20,9%) tikinti materialları istehsal edilib..
Mütləq rəqəmlərlə yanvar-oktyabr aylarında 2 mln 448,2 min ton sement (artım 39,7%), 30 min kubmetr beton konstruksiya (artım 43,5%), 1 mln. 451,9 min ton hazır beton qarışığı (artım 26%) istehsal olunub.
Bəzi məhsulların istehsalı isə ötən ilə nisbətən azalıb: 158,8 min ton tikinti gipsi (azalma 28,6%), 344,8 min ton asfalt ( azalma 3,3%), 4,236 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 71%), 236,9 min kubmetr tikinti kərpici (azalma 27,3%) istehsal olunub. --17D—
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 13:41
-
- Siyasət
- 18 Noyabr 2014 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz