Sığorta vəsaitləri mərkəzləşdirilir
Yanvar-mayda sığorta şirkətləri 186 mln 911 min manat mükafat toplayıb, 55 mln 211 min manat ödəniş edib. Mükafat artımı 18,22 mln manat və ya 10,8% olub.
Bir şirkət ziyana düşüb. Azərbaycan Sənaye Sığortanın mükafatları 4 mln 173 min, ödənişləri 6 mln 256 min manat olub.
Lider beşlik mükafatların 55,25%-i, ilk onluq 77%-i toplayıb. Bu, mərkəzləşmə göstəricisidir. 2012-ci ildə ilk on şirkət mükafatların yarıdan çoxunu toplamışdı. Lider «Pasha Insurance»ı prezident ailəsinin yaxınları idarə edir. Bu şirkət mükafatların 16,6%-i toplayıb (2013-ci ilin 1 iyununda 13,24%, 2012-ci ildə 8,59%).
Onluğa Pasha Insurance (31,03 mln), Atəşgah Həyat (20,24 mln), Paşa Həyat (19,49 mln), Azərsığorta (17,41 mln), AzSığorta (15,11 mln), Atəşgah Sığorta (12,44 mln), Qala Həyat (10,21 mln), Ipək Yolu Sığorta (8,69 mln), AXA MBASK (7,9 mln) və Standard Insurance (7,6 mln manat) daxildir.
Ödənişlərdə Pasha Insurance (KTS üzrə 11,07 mln), Azərbaycan Sənaye Sığorta (6,26 mln), Atəşgah Sığorta (5,57 mln), AzərSığorta (5,39 mln), AzSığorta (3,77 mln), AXA MBASK (3,74 mln), Standard Insurance (2,7 mln), A-Qroup (2,64 mln), BSŞ (2,47 mln) və Atəşgah Həyat (1,9 mln manat) öndədir. –17D—
-
- İqtisadiyyat
- 17 İyun 2014 16:19
-
- İqtisadiyyat
- 17 İyun 2014 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz