VTBBank və MilliON-ün hədiyyəsi
Bu gündən VTB (Azərbaycan) müştəriləri MilliÖN terminalları vasitəsilə kredit ödənişləri həyata keçirə bilərlər
Bankın press-relizində deyilir ki, bu halda kredit ödənişləri üzrə komissiya tutulmayacaq. “Bizim xidmətlərdən istifadə zamanı əhalinin rahatlığını artırmaq məqsədilə VTB (Azərbaycan) pərakəndə şəbəkəni genişləndirir. MilliÖN terminalları vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi bizim müştərilərə xidmət şəbəkəmizi xeyli genişləndirib. MilliÖN köşkləri vasitəsilə müştərilər günün istənilən vaxtında kredit üzrə borclarını ödəyə bilərlər”, deyə Bank VTB (Azərbaycan) ASC-nin .əbəkənin inkişafı idarəsinin rəisi Toğrul Əliyev bildirir.
KomtecLtd şirkəti ( MilliON) 2008-ci ildə yaradılıb və elektron ödəniş bazarında liderdir. MilliÖN terminalları gündəlik olaraq ölkə əhali tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə quraşdırılmışdır: metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində və s yerləşir.
AMB 2009-cu ilin martında VTBBank (Azerbaijan)a lisenziya verib. Səhmlərinin 51%-i Bank VTB-yə, 48,99%-i AtaHolding şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur. --17D—
-
- Analitika
- 17 İyun 2014 14:17
-
- İqtisadiyyat
- 17 İyun 2014 16:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz