Sığortaçılar üçün sertifikatlaşdırma
18 dekabr sığortaçılar üçün keçirilən peşə sertifikatlaşdırma imtahanında iştirak etmək istəyənlərin son qeydiyyat tarixidir. İmtahan dekabrın 20-də olacaq.
Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) məlumatında deyilir ki, bu barədə bilgi onun saytında yerləşdirilib: http://arpa.org.az/pss-sertifikasiyasi
Xatırladaq ki, bundan öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov bildirib ki, onların təlim mərkəzində xüsusi treninqlər keçirilib və treninqlərdə 31 nəfər iştirak edib.
İki qrup üçün CII (Charted Insurance Institute) standartları və üç modul – prinsip, praktika və hüquqi aspektlər üzrə könüllü treninqlər keçirilib.
Treninqdə iştirakın qiyməti 280 manat, imtahan 40 manat təşkil edir.17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz