Yeni sadələşdirilmiş vergi illik dövriyyəsi 200 min manata qədər olan ticarətçilərə və ictimai iaşə obyektlərinə aid deyil
Vergi Məcəlləsinə dəyişiklikdən sonra da illik satış dövriyyəsi 200 min manata qədər olan ticarət və ictimai iaşə obyektləri sadələşdirilmiş vergini mövcud dərəcələrlə (Bakıda 4%, rayonlarda 2%) ödəyəcəklər. Bu sözləri vergilər naziri Fazil Məmmədov “Azərtac” informasiya agentliyinə müsahibəsində deyib.
Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda (indi 120 min manatdır), əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək.
Nazir alkoqollu içkilərin nağd qaydada satışının qadağan olunması məsələsinə də toxunub. O deyib ki, aksizli malların nağdsız qaydada satışı bütövlükdə respublikada nağdsız qaydada satış həcminin artmasına müsbət təsir göstərəcək (1 noyabr üçün ölkədə 5 mln 685 min plastik kart var). Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür”,- deyə o qeyd edib. Amm nazir rayonlarda necə olacağını deməyib. Xatırladaq ki, sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslər torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad ediliblər. --17D—
-
- İqtisadiyyat
- 11 Dekabr 2015 12:22
-
- Cəmiyyət
- 11 Dekabr 2015 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz