Sığortaçıların imtahanına 21 iddiaçı buraxılıb
Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətlərində rəhbər vəzifələrə namizəd şəxslər və broker lisenziyası almaq istəyən fiziki şəxslər üçün imtahandan keçənlərin siyahısını açıqlayıb.
Attestasiya “Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2 maddəsi əsasında keçirilib.
İmtahana 4 korporativ struktur təmsilçisi və 17 lisenziyası almaq istəyən fiziki şəxs buraxılıb.
Qaydalara əsasən, sualların 70 faiz və daha çoxuna doğru cavab verənlər attestasiyadan keçir.
Attestasiyada iştirak qiyməti fiziki şəxslər üçün 200, hüquqi şəxslər üçün 1 min manatdır. Sığortaçıların attestasiyası 2009-cu ilin əvvəlindən sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. --17D—
-
- İqtisadiyyat
- 3 Fevral 2014 16:12
-
- İqtisadiyyat
- 3 Fevral 2014 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz