SKMF bu ilin büdcəsinin 3,3%-i mənimsəyib
Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Binə qəsəbəsində işləyən sahibkarlara güzəştli kreditlər verib.
Fonddan verilən məlumata görə, müvəkkil kredit təşkilatları vasitəsilə 12 sahibkarlıq subyektinə 3,1 mln manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yeri yaradılacaq.
Bu ilin əvvəlindən 277 investisiya layihəsinin maliyyələşməsinə 9,3 mln manat ayrılıb. 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sahibkarlarına 680 layihə üzrə 148,2 mln manat kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. Bunun 150 mln manatı büdcədən daxil olacaq, qalan hissə qaytarılan kreditlər hesabına təmin ediləcək. Beləliklə, Fond bu ilin büdcəsinin 3,3%-i mənimsəyib. --15D--
-
- İqtisadiyyat
- 3 Fevral 2014 16:13
-
- İqtisadiyyat
- 3 Fevral 2014 16:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz