Sığortaçıların sertifikatlaşdırılmasının yeni metodikası
Bakıda sığortaçıların Britaniya Sığorta İnstitutunun standartı (Charted Insurance Institute) ilə sertifikatlaşdırılması proqramının təqdimatı olub.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəhbəri Namiq Xəlilov çıxışında bildirib ki, sığorta agentlərinin lisenziyalaşdırılması testlərə əsaslanır və gələcəkdə qabaqcıl təcrübəyə əsaslanan praktika tətbiqi ilə sertifikatlaşdırılacaq.
Yenilik əvvəlcə universitet tələbləri və yeni fəaliyyətə başlayan əməkdaşlara tətbiq ediləcək. Uğurlu olduğu təqdirdə bu metod vəzifəlilərə də tətbiq olunacaq.
Sertifikatlaşdırma təlimləri noyabrda başlayacaq, - deyə ARPA rəhbəri Rüfət Mahmud bildirib. CII standartı ilə ilk sertifikatlaşdırılanlar dekabrda fəaliyyətə başlayacaq. Kursların qiyməti 40 manatdır. Təlimləri Azərbaycan Sığortaçılar Assosiasiyası keçirəcək. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz