Sığortalanan avtomobillərin vahid qiymətləndirmə cədvəli hazırlanır
Azərbaycan Sığortaçılar Assosiasiyası avtomobillərin bazar qiymətini müəyyən etmək üçün vahid qiymətləndirmə cədvəli hazırlayır.
ASA rəhbəri Orxan Bayramov Turan-a bildirib ki, bu barədə qərar dekabrın 3-də sığorta şirkətlərinin avtomobil üzrə anderrayterlərinin və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə görüşdə qəbul edilib.
Bu, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlığı aradan qaldıracaq.
Cədvələ əsasən avtomobillərin istehsal olunduğu ölkə, marka və istehsal ilindən asılı olaraq onların bazar dəyəri müəyyən ediləcək. Yəni müəyyən edilmiş əmsallar (faiz göstəriciləri) əsasında hər bir maşının istehsalından neçə il keçməsindən asılı olaraq onun ilkin satış dəyərini nə qədər itirdiyi hesablanacaq. Beləliklə, işlənmiş avtomobillər sığortalanarkən sığorta məbləği və sığorta haqqı ilə bağlı mübahisələr aradan qalxmış olacaq.
Azərbaycanın sığorta şirkətləri 2014-cü ilin noyabrında avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78,185 min müqavilə bağlayıb, 6,1 mln manat sığorta haqqı əldə ediblər. Bu dövrdə 1 017 tələb üzrə 1,2 mln manat ödəniş edilib. --17D—
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 14:19
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 14:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz