Maliyyə Nazirliyinin sığorta üzrə hesabatı
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, yanvar-noyabrda 355 mln 976,98 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +5,4%) sığorta haqqı yığılıb.
Mükafatların çoxu könüllü növlər üzrədir - 229 mln 513,23 min manat (+2,8%). Bunun 68,9%-i həyat sığortası (58 mln 212,17 min manat, 59 mln 134,9 min manatı könüllü tibbi sığorta, 31 mln 634,47 min manat avtonəqliyyat vasitələrinin sığortası, 26 mln 809,37 min manatı əmlakın yanğından və başqa risklərdən sığortası, 12 mln 329 min manat hava nəqliyyatının sığortası üzrədir.
Yük sığortası üzrə 12 mln 286,2 min manat, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 3 mln 743,27 min manat yığılıb.
İcbari növlər üzrə 126 mln 463,75 min manat (+10,5%) mükafat olub.
Ümumi ödənişlər 131 mln 405,43 min manat (həyat sığortası hesabına +32,8%) təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 14:20
-
- Siyasət
- 5 Dekabr 2014 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz