«SİKA» MMC Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentidir
“Sumqayıt Kimya Sənaye Parkı” “SİKA” MMC-yə (“SİKA Group” şirkətlər qrupunun üzvü, İsveçrə) bu sənaye parkının rezidenti statusu verib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, İsveçrə şirkəti Azərbaycanda 2005-ci ildən işləyir. Şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində illik istehsal gücü 5 min ton olan inşaat qatqıları üçün xammal və hazır məhsul istehsalını həyata keçirəcək zavod inşa edəcək. Söhbət tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən "Sikament 300", "Sikament FF5" və "Sigunit L25" kimi maddələrdən gedir. Azərbaycana illik idxalı təxminən 800-1000 ton təşkil edir. Qalan 4000 ton məhsul Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran kimi ölkələrə ixrac ediləcək.
Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb (“Azerbaijan Fibro Cement”, “SOCAR Polymer”, “Azertexnolayn”, “Baku Non Ferrous and Foundry Company”, “AzerFloat”, «Bakı Gəmiqayırma Zavodu»).
“Sumqayıt Kimya Sənaye Parkı” MMMC 2011-ci ilin dekabrında yaradılıb və Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Qaradağ Sənaye Parkının idarəedici təşkilatıdır. Park Sumqayıtda 295,6 ha ərazini tutur. 08D
-
- Söz istəyirəm
- 18 Mart 2016 16:40
-
- Cəmiyyət
- 18 Mart 2016 17:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz