Silk Way qrupunun daha bir şirkətinin kapitalının azaldığı elan edilib
“Silk Vey Development” MMC sentyabrın 12-də nizamnamə kapitalının 200 000 manata qədər azaldığını elan edib. Bu, “Silk Way Holding” MMC-nin son 5 gündə kapitalının azaldılmasına gedən ikinci şirkətidir.
Şirkət 2011-ci ildə 200 000 manat kapitalla təsis edilib. Sonrakı dövrdə kapital daha 8 mln 70 min manata artıb. Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Silk Vey Development” şirkətinin təsisçisi Zaur Həsən oğlu Axundovdur, o həmçinin “Silk Way Holding” şirkətlər qrupunun prezidentidir.
Bu ilin aprel ayında “Riqa beynəlxalq hava limanı” səhmdar cəmiyyəti və “Silk Way Investment” şirkəti iki il ərzində 5,5 ha sahəsi olan yüklərin logistika mərkəzinin tikintisinə dair razılaşma imzalayıb. Latviya mətbuatı iddia edir ki, “Silk Way Investment” şirkəti bu layihəyə 40 mln avro investisiya yatırır.
Latviyanın müəssisələr registrinin məlumatına əsasən, “Silk Way Investment” şirkətinin kapitalının payının 100%-i Bakıda qeydiyyata alınan “Silk Way Development” MMC-yə məxsusdur.
Ötən həftə Silk Way Airlines MMC nizamnamə kapitalının 36,8 mln manatdan 24 mln 297,4 min manata qədər azaldılmasını elan etdi.
“Silk Way Holding” qrupuna Bakıda və ölkədən kənarda 20-dən çox şirkət daxildir. 08B
-
- İqtisadiyyat
- 14 Sentyabr 2015 16:13
-
- Siyasət
- 14 Sentyabr 2015 16:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz