Neftin qiyməti SOCAR-ın dövlət büdcəsinə və DSMF-ə ödəmələrinə təsir edib
Yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 874 mln 255 min manat ödəyib (ötən ilin analoji dövründən 21,77% az).
Azərbaycanın aparıcı iqtisadi strukturunun rəhbəri Rövnəq Abdullayev jurnalistlərə bidlirib ki, bu, neftin birja qiymətini iki dəfə azalması fonunda təbii haldır. Onun sözlərinə görə, şirkətin Dövlət Sosial Müdafiə Fonduna ödəmələri də azalıb (3,04% az) və yanvar-iyul aylarında 80 mln 957 min manat təşkil edib.
Onun sözlərinə görə, dünya neft bazarındakı vəziyyətlə bağlı olaraq gələn il üçün dövlət büdcəsində neftin qiyməti bir barelə görə 50-55 dollardan çox olmamalıdır.
Xatırladaq ki, bu maliyyə ili üçün dövlər büdcəsində neftin qiyməti 90 dollardan götürülmüşdü. --17D—
-
- Siyasət
- 14 Sentyabr 2015 15:39
-
- İqtisadiyyat
- 14 Sentyabr 2015 16:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz