SKMF 2012-ci ilin büdcəsinin 98,3%-i mənimsəyib
Sahibkarlığa Kömək Milli Fondu İmişli və ətraf rayonlarda işləyən sahibkarlara güzəştli kreditlər verib.
Fonddan verilən məlumata görə, müvəkkil kredit təşkilatları vasitəsilə 51 sahibkarlıq subyektinə 508 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yeri yaradılacaq.
İlin əvvəlindən 2161 investisiya layihəsinin maliyyələşməsinə 196,5 mln manat ayrılıb. Bunun 925 layihə üzrə 62,8 mln manatı Aran rayonuna verilib. Beləliklə, Fond 2012-ci ilin büdcəsinin 98,3%-dən istifadə edib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2011-cu ildə Fond 1643 layihə üzrə 138 mln manat güzəştli kreditlər verib. 2012-ci ildə SKMF-nin kreditləri 200 mln manat olacaq. Bundan 90,1 mln manat dövlət büdcəsindən ayrılan vəsaitdir. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. --15D--
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 10:49
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz