ARDNŞ-nin törəməsi qazpaylayıcı şirkəti alıb
ARDNŞ-nin törəməsi olan Alphard (Gas) Holding B.V. Gürcüstandakı “İtera” MMC-nin qazpaylayıcı aktivlərinin əldə edilməsi üzrə əqdi başa çatdırıb. Bu barədə SOCAR Energy Georgia-nın dünənki press-relizində bildirilir.
Aktivlərə 10 qazpaylayıcı şirkət daxildir: “Kutaisiqaz” SC, “Rustaviqaz” SC, “Qoriqaz” SC, “Kaspiqaz” SC, “Bolnisiqaz” SC, “Tetrisxaroqaz” SC, “Borjomiqaz” SC, “Tercolaqaz” SC, “Samtrediaqaz” SC və “Vaniqaz” SC, deyə “Novisti-Qruziya” agentliyi məlumat verir.
“Alphard (Gas) Holding B.V. əhaliyə xidmətləri yaxşılaşdırmağı, fasiləsiz qaz verilməsini, şəbəkəyə yeni abunəçilərin qoşulmasını təmin etməyi planlaşdırır”, - deyə press-relizdə bildirilir.
Aleksandr Xetaquri Itera Georgia Ltd şirkətinin direktoru təyin edilib. O, müxtəlif illərdə Gürcüstan neft-qaz korporasiyasının direktoru (2006-2007), energetika naziri (2007 - avqust 2012) və maliyyə naziri (avqust - oktyabr 2012) olub.
ARDNŞ törəməsi SOCAR Energy Georgia vasitəsilə Gürcüstanda 30 qazpaylayıcı şəbəkəyə sahib olub. Itera Georgia-nı almaqla daha yüz müəssisə, o cümlədən 10-nun nəzarət paketi Itera Georgia-ya məxsus 38 regional qazpaylayıcı şirkət üçün tədarükçü olub.
Əvvəllər ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, ARDNŞ Itera Georgia-nı almaqla Tbilisi istisna, bütün Gürcüstanda yeganə pərakəndə qaz operatoru olub. --0—
-
- Cəmiyyət
- 16 Noyabr 2012 10:34
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 10:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz