SKMF Ağcabədi rayonunda prioritet kreditləşmə sahələrini müəyyən edib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.
Nazirliyin məlumatında deyilir ki, burada müasir çörək zavodu, cins südlük keçi müəssisəsi və kiçik cins heyvandarlıq müəssisəsi yaradılması üzrə layihələr qəbul ediləcək.
Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. Bu ilin əvvəlindən Fond 110 investisiya layihəsinin maliyyələşməsinə 11,1 mln manat ayırıb. --15D--
-
- İqtisadiyyat
- 29 Yanvar 2013 15:57
-
- Siyasət
- 29 Yanvar 2013 16:10
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 206
Rəy yaz