SKMF Suraxanı rayonunda prioritet kreditləşmə sahələrini müəyyən edib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.
Nazirliyin məlumatında deyilir ki, burada müasir çörək zavodu, zeytunçuluq təsərrüfatları, toyuq kəsmə müəssisəsi yaradılması üzrə layihələr qəbul ediləcək.
Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-cu ildə Fond 2400 layihə üzrə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. İlin əvvəlindən Fond 342 investisiya layihəsinin maliyyələşməsinə 51,8 mln manat ayırıb. --15D--
-
- İqtisadiyyat
- 1 Mart 2013 14:37
İqtisadiyyat
-
Azərbaycan, hal-hazırda ümumi enerji istehsalında 14.4% təşkil edən bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin payını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır, deyə İqtisadiyyat Naziri müavini Səməd Başırlı cümə axşamı Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Think Tanklar Forumu zamanı bəyan etdi.
-
Azərbaycan, tullantıların təkrar emalını artırmaq və davamlı inkişafı təşviq etmək məqsədilə pyroliz yağı istehsal layihəsini həyata keçirmək üçün italyan enerji şirkəti Technip Energies SpA ilə tərəfdaşlığa daxil olub, rəsmilər çərçivəsində məlumat verildi.
-
Oktyabrın 3-də Əsədovun Minskə rəsmi səfəri çərçivəsində Belarusun Baş naziri Roman Qolovçenko ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında aparılmış danışıqlardan sonra çərşənbə axşamı Belarus və Azərbaycan arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb.
-
Azərbaycanın dövlət borcları artmaqda davam edir, baxmayaraq ki, ölkə hələ də qlobal neft qiymətlərinin yüksək olmasından faydalanır. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk yarısına olan vəziyyətə əsasən, ölkənin dövlət borcu 25 milyard manat təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 21%-nə bərabərdir.
Rəy yaz