Yanvarda Bank Respublikanın müddətli əmanətləri 11,3% artıb
2013-cü ilin yanvarında "Bank Respublika" ASC-nin aktivləri 0,7% artaraq 433,98 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 0,9% artaraq 236,84 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 370,18 mln-dan 372,28 mln manata artıb. Depozit portfeli 259,78 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 11,3% artaraq 99,24 mln manat olub.
Balans kapitalı 61,69 mln manata çatıb. Məcmu kapital 60,24 mln manat olub. Ödənilmiş nizamnamə fondu 37,46 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 4,29 mln manat, xərcləri 3,34 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 955 min manat olub. --15B--
-
- İqtisadiyyat
- 1 Mart 2013 14:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz