SKSP-nin sənaye zonasının yarıya qədəri 7 rezident arasında bölünüb
Bu ilin 4 ayında Sumqayıt Kimya-Sənaye Parkının rezidenti statusu üç şirkətə verilib. Onlar 8,5 ha ərazidə sənaye fəaliyyəti təşkil edəcək.
Bu il “Baku Non Ferrous and Foundry Company” MMC (5 ha), “SİKA” MMC (1,5 ha) və “MST Engineering Services” MMC (2 ha) SKSP-nin rezidenti olub.
Beləliklə, SKSP-nin 192 hektar sənaye zonasının 83,5 hektarı 7 rezident arasında bölünüb.
Parkı idarə edən şirkətin (Sumqayıt Kimya-Sənaye Parkı MMC) məlumatına görə, parkın ərazisi 295,62 hektardır. SKSP-nin Baş planına əsasən, parkın sənaye zonasına 192 ha ayrılıb. Burda kənd təsərrüfatı və tibb kimyası, tikinti kimyası, elektron və avtomobil kimyası, polimerlər və tikinti avadanlığı məhsulları istehsalı üçün ərazilər yerləşəcək.
Hazırda dərman preparatları istehsalının təşkili üçün danışıqlar aparılır. 21 hektarlıq sosial zonada parkın rezidentlərinə geniş imkanlar yaradılacaq. Burda 16 və 20 mərtəbəli ofis binaları olacaq. Sərgi və konfransların keçirilməsi üçün kompleks, laboratoriya korpusu, emalatxanalar, uşaqlara qulluq mərkəzi, qapalı və açıq idman meydançaları, sağlamlıq mərkəzi, yataqxana kompleksi, eləcə də digər obyektlər rezident və işçilərə xidmət göstərəcək. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz