SOCAR: 2015-ci ildə Azərbaycan əmtəəlik qaz hasilatında yeni rekorda imza atıb
2015-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 29,4 mlrd kubmetr təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 0,2 mlrd kubmetr çoxdur.
SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov “Natural Gas Europe” saytına bildirib ki, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında qaz hasilatı artıb. “2015-ci ildə “Şahdəniz”dən 9,9 mlrd kubmetr qaz hasil edilib. 2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həcmə - 29,4 mlrd. kubmetrə çatıb”.
BP-Azerbaijan-ın ictimai əlaqələr sektorunun rəhbəri Tamam Bayatlı dekabrın sonunda bəyan edib ki, avqustdakı 3 həftəlik profilaktik işlərə baxmayaraq, "Şahdəniz-1" çərçivəsində hasilat artımı gözlənilir.
Onun sözlərinə görə, hazırda yataqdan sutkada 29 mln kubmetr qaz çıxarılır: "İlin 11 ayında Azərbaycan "Şahdəniz-1" çərçivəsində 6 mlrd kubmetr qaz ixrac edib. Bu, əvvəlki ilin göstəricisindən 1,6% çoxdur. 2014-cü ildə bu yataqdan ixrac həcmi 6,5 mlrd kubmetr olub. İndiki rəqəmlər deməyə əsas verir ki, 2015-ci ildə "Şahdəniz-1" çərçivəsində hasilat 2014-cü ildəkindən çox olacaq. 2014-cü ildə "Şahdəniz-1" yatağından hasilat 9,8 mlrd kubmetr olub". –12D--
-
- Siyasət
- 5 Yanvar 2016 11:06
-
- İqtisadiyyat
- 5 Yanvar 2016 11:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz