SOCAR avro 5 benzininin buraxılış vaxtını elan edib
SOCAR 2016-cı ilin əvvəlində H.Əliyev adına NEZ-in modernləşdirilməsinə başlayacaq, SOCAR OGPC baş direktorunun müavini Emil Alxaslı məlumat verib.
“Bu işlərin məqsədi zavodda yüksək keyfiyyətli neft məhsullarının istehsalının təşkilindən ibarətdir. Planlara əsasən, 2019-cu ilin II rübündə BNEZ-də Avro-5 standartı üzrə dizel yanacağı, 2020-ci ilin ikinci rübündə Avro-5 standartı üzrə benzin istehsalına başlamaq planlaşdırılır. 2016-ci ilin ikinci rübündə zavodda yeni bitum qurğusunda bitum istehsalına start veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, modernləşmə işlərindən sonra BNEZ-də illik 2,2 mln. ton avtomobil benzini, 3 mln. ton dizel yanacağı, 1 mln. ton kerosin istehsal olunacaq. Modernləşmədən sonra zavodda buraxılacaq neft məhsullarının istehsalı strukturunda 37% dizel yanacağı, 25% avtomobil benzini, 13% kerosin, qalan 25% digər növ neft məhsullarının payına düşəcək.
“Bu layihənin reallaşdırılması, ilk növbədə ölkənin gələcək 15-20 il üçün avtomobil benzininə olan daxili tələbatını ödəməyə imkan verəcək”, - deyə o vurğulayıb.
* BNEZ-in modernləşdirilməsinə dövlət $1 mlrd ayıracaq. –12С--
-
- İqtisadiyyat
- 4 Dekabr 2015 11:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz