SOCAR dövlət büdcəsi qarşısında planı 1,65% artıqlaması ilə yerinə yetirib
2014-ci ilin yekunlarına görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin dövlət büdcəsinə 1 mlrd. 855 mln. 230 min manat (plan 1 mlrd. 825 mln. manat) köçürüb. Plan göstəriciləri 1,65% artıqlaması ilə yerinə yetirilib. Bu barədə şikətin mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, 2013-cü ilin göstəriciləri ilə müqayisədə SOCAR Azərbaycanın dövlət büdcəsinə ödənişləri 17,8% artırıb.
2014-cü ilin dekabrında SOCAR dövlət büdcəsinə 148 mln. 309 min manat həcmində vergi ödəyib.
2014-cü ildə SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri icbari sosial sığorta ayırmaları üzrə 141 mln. 240 min manat (2-13-cü ilin göstəricisi ilə müqayisədə 12,9% azalma) təşkil edib. Dekabrda şirkətin DSMF-ə ödənişləri 11,706 mln. manat təşkil edib.
Qeyd edək ki, 2013-cü ildə neftin orta ixrac qiyməti bir barelə görə $109,7 təşkil edib. 2014-cü ildə bu göstərici Azərbaycan nefti üçün bir barelə görə $100-dan bir qədər çox olub. –12D--
-
- Bazarların icmalı
- 9 Yanvar 2015 13:45
-
- Foto sessiyalar
- 9 Yanvar 2015 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz