SOCAR-ın dövlət büdcəsinə köçürmələri 9% azalıb
2016-cı ilin on ayında SOCAR-ın dövlət büdcəsinə köçürmələri 1 mlrd 150,172 mln manat olub, deyə şirkətin mətbuat xidməti bildirir.
Qeyd edək ki, 2015-ci ilin on ayında bu göstərici 1 mlrd 271 mln 276 min manat olub. Yəni dövlət büdcəsinə köçürmələr 9,5% azalıb.
Bu ilin oktyabrında SOCAR-ın dövlət büdcəsinə köçürmələri 125,345 mln manat olub.
2016-cı ilin on ayında SOCAR-ın sosial sığorta ödənişləri 119,37 mln manat (artım 3,4%) olub. Oktyabrda şirkətin köçürmələri 12 mln 207 min manata çatıb.
2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd 480,195 mln manat vergi ödəyib. Bu ilin planı 1 mlrd 240 mln manatdır. –12D—
-
- İqtisadiyyat
- 18 Noyabr 2016 11:47
-
- İqtisadiyyat
- 18 Noyabr 2016 11:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz