10 ayda neft hasilatı 0,8%, qaz hasilatı 5% azalıb
2016-cı ilin on ayında Azərbaycanda neft hasilatı 34 mln 718,5 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 0,8% azdır, deyə Dövlətstatkom bildirir.
Dövlətstatkomun məlumatına görə, bu dövrdə əmtəəlik neft hasilatı 34 mln 676 min ton (azalma 0,8%) olub.
2016-cı ilin on ayında Azərbaycanda 24 mlrd 609,9 mln kubmetr (artım 0,6%) qaz çıxarılıb. Əmtəəlik qaz hasilatı isə 15 mlrd 490,7 mln kubmetr (azalma 5%) təşkil edib.
2015-ci ildə Azərbaycanda qaz kondensatı daxil neft hasilatının həcmi 41 mln 689 min ton, qaz hasilatı 19 mlrd 720 mln kubmetr olub. –12D--
-
- İqtisadiyyat
- 18 Noyabr 2016 11:49
-
- Cəmiyyət
- 18 Noyabr 2016 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz