SOCAR-ın Rumıniyadakı törəməsi 2015-ci ildə ilk mənfəətini əldə edib
SOCAR Petroleum SA (SOCAR-ın Rumıniyadakı törəməsi) 2015-ci ildə 2 mln lev ($502,2 min) mənfəət əldə edib, deyə Rumıniya KİV-i məlumat verir.
SOCAR Petroleum SA 6 illik fəaliyyəti dövründə ilk dəfə mənfəət əldə edir.
«2015-ci ildə SOCAR Petroleum SA 2010-2014-cü illərdəki ziyandan sonra ilk dəfə mənfəət əldə edib. 2014-cü ildə şirkətin ziyanı 8,8 mln lev ($2,21 mln), 2015-ci ildə mənfəəti 2 mln lev ($502,215 min) olub», – deyə nəşr SOCAR Petroleum SA-ya istinad edərək bildirir.
KİV-in məlumatına görə, 2015-ci ildə şirkətin dövriyyəsi 616,2 mln lev ($154,8 mln) olub. Bu, 2014-cü ildəkindən 17% azdır. Azalma yanacağın ucuzlaşması ilə bağlıdır.
SOCAR Petroleum SA əməkdaşlarının sayı 2015-ci ilin sonu üçün 408 nəfərə çatıb.
SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışına 2011-ci ildə başlayıb. SOCAR Rumıniyada YDM şəbəkəsinin yaradılması və genişləndirilməsinə $71,3 mln xərcləyib. Hazırda Rumıniyada “SOCAR” brendli YDM sayı 34-ə çatıb. –0—
-
- İqtisadiyyat
- 8 İyun 2016 11:24
-
- İqtisadiyyat
- 8 İyun 2016 11:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz