2015-ci ildə SOCAR şirkətinə işə qəbulla bağlı 3 889 vakansiya üzrə 174 570 müraciət olub. SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov iyunun 3-də Caspian Oil & Gas 2016 konfransında belə deyib.
Onun sözlərindən belə çıxır ki, ötən il bir vakansiyaya 45 müraciət düşüb.
"3753 nəfər müsabiqədə uğur qazanıb. İşə qəbul tam şəffa olub. Beləliklə, SOCAR daha ixtisaslı əməkdaşların qəbulu üçün imkan yaradıb", - deyə o bildirib.
Xaliq Məmmədov deyib ki, SOCAR-da hazırda 51 209 nəfər çalışır.
" işçilərin 12%-i rəhbər vəzifədə çalışır, 19%-i mütəxəsis, 69%-i fəhlələrdir: "Yaş qrupuna görə isə 30 yaşa qədər olan işçilər 14%, 41-50 yaş qrupları üzrə 20%, 31-40 yaş üzrə isə 22%, 51 yaşdan yuxarı olanlar isə 38% təşkil edir. Təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, 50%-i isə orta təhsillidir. Kişilər 83%, qadınlar 17%-dir", - deyə o qeyd edib.
SOCAR əməkdaşlarının cədvəli
|
İllər |
Əməkdaş sayı |
|
2010 |
75 502 |
|
2011 |
78 844 |
|
2012 |
70 901 |
|
2013 |
65 568 |
|
2014 |
56 460 |
|
2016 (к апрелю) |
51 209 |
Buna qədər 2016-cı ilin apreli üçün ştatlı işçi sayı 2926 nəfər (85%-i Azərbaycan vətəndaşı) olan ВР-Azerbaijan elan edib ki, təkcə “Şahdəniz-2” çərçivəsində işçi sayı 22 min nəfərə çatıb. –12С—
Rəy yaz