SOCAR Azərbaycanda "Muradxanlı-Cəfərli-Zərdab" quru neft yataqları blokunun işlənməsi üzrə Kanadanın "Zenith Energy" şirkətilə müqavilə imzalamağa hazırlaşır. Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Saziş hazırdır. Azərbaycan tərəfi müqavilənin imzalanması üçün icazəni verib. Hazırda sazişin qalan detalları işlənir". Muradxanlı mürəkkəb yataqdır”, – deyə Rövnəq Abdullayev bildirib.
Əvvəllər bu bloku Britaniyanın Ramco şirkəti işləyib. PSA saziş 21 iyul 1998-ci ildə imzalanıb. Yatağın ehtiyatları 60 mln ton neft, zəruri investisiya $1,2 mlrd-dır.
Ramco yataqda iki kəşfiyyat quyusu qazmalı idi, amma öhdəliyə icra etməyib və yataq SOCAR-ın balansına qaytarılıb.
2012-ci ilin mayında SOCAR və Vyetnam Oil and Gas Group (Petrovyetnam) "Muradxanlı-Cəfərli-Zərdab" quru neft yataqları blokunun işlənməsi üçün əsas prinsiplər üzrə saziş bağlasa da, işlənmə üzrə saziş bağlanmayıb.
* Hazırda Zenith Energy Argentina və İtaliyada kəşfiyyat və neft vətəbii qazın hasilatı ilə məşğul olur. Həmçinin şirkət Mərkəzi Asiyada və Afrikada neft və qaz axtarışları üçün kəşfiyyat işləri aparır.
2015-ci ilin üçüncü dekadasında Zenith Energy Ltd-nin DirektorlarŞurası şirkətin Bakıda regional nümayəndəliyinin açılmasını təsdiqedib. Bu Zenith Energy-nin dördüncü ofisidir, qalan üçün Kalqari(Kanada),Geniya (İtaliya) və Buenos-Ayresdədir (Argentina).
** Muradxanlı-Cəfərli-Zərdab yataqlar bloku İmişli rayonu ərazisindəyerləşir. Muradxanlı yatağı 1971-ci ildə, Cəfərli – 1984-ci ildə,Zərdab – 1981-ci ildə açılıb.
Blokun qalıq ehtiyatları 1,8 mln ton neft və 36 mln kubmetr qazhəcmində qiymətləndirilir. Hazırda yataqlar blokunda 77 quyu istismaredilir.— —12B—
Rəy yaz