SOCAR qaz nəqliyyat sistemi üzrə investorlar üçün informasiyanı açıqlayıb
SOCAR 2015-ci ildə qazpaylayıcı şəbəkənin tikintisi və əsaslı təmirinə 350 mln manat yönəldib. Bu barədə hökumətin “Cənub qaz dəhlizi”nə vəsait cəlb etmək üçün (SOCAR-ın payının maliyyələşdirilməsi – red.) martda buraxdığı xüsusi hesabatda bildirilir. Hesabata əsasən, bu vəsaitlərin hesabına 12 min km magistral və daxili qaz kəməri, üç ölçmə qovşağı, 5 qazpaylayıcı stansiya (QPS) və 3 modul tipli qazpaylayıcı stansiyanın tikintisi başa çatıb.
Bundan başqa, 533,4 km qaz kəməri və 25 QPS təmir edilib.
Bu işlərin nəticəsində 2015-ci ildə Azərbaycanda 430 yaşayış məntəqəsi, 12 genişləndirilmiş yaşayış məntəqəsi qazlaşdırılıb, 100 min abunəçi qazla təmin edilib.
1 yanvar 2016-cı il üçün SOCAR-ın qaz abunəçilərinin sayı 1,8 mln təşkil edib.
Həmçinin qeyd edilib ki, 1 yanvar 2016-cı il üçün qaz kəməri layihəsinə kapital qoyuluşu $1 mlrd, ТАР qaz kəməri layihəsinə 600 mln avro təşkil edib. –12В—
-
- Cəmiyyət
- 21 Aprel 2016 14:40
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz