Neft məhsulları ixracı həcmcə 29%, pul ifadəsində 57% azalıb
Bu ilin I rübündə Azərbaycanda neft məhsulları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% - 622,3 mln manat azalıb.
Dövlətstatkomun məlumatına görə, I rübdə kerosin istehsalı 5,3% - 172 min tona qədər, soba mazutu 1698 dəfə - 339,7 min tona (2015-ci ilin I rübündə 0,2 min ton) qədər artıb.
Avtomobil benzini istehsalı 6,4% - 281,1 min tonadək, ilkin emal benzini istehsalında 10,3% - 42,8 min tonadək, dizel yanacağı istehsalı 28,2% - 572 min tonadək, sürtkü yağları 64,3% – 1 min tonadək, neft bitumu istehsalı 32,5% - 22 min tonadək, neft koksu istehsalı 67% - 21,4 min tonadək azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan $85 mln 236,6 min məbləğində 422,693 min ton həcmində neft məhsulları ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici $199 mln 622,07 min məbləğində 595 min 616,5 ton olub. Yəni rüb ərzində neft məhsulları ixracı həcmcə 29%, pul ifadəsində 57,3% azalıb.–12В--
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz