Aprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentinin təqdim olunma mərasimi keçirilib.
Şirkətin prezidenti Rövnəq Abdullayev çıxışında deyib ki, prezident İlham Əliyevin 17 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanna əsasən, şirkətin idarəetmə strukturunda birinci vitse-prezident ştatı yaradılıb. Bundan başqa, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə, eləcə də geologiya və geofizika məsələləri və yataqların işlənməsi üzrə vitse-prezident ştatları da yaradılıb.
Prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamlarla yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.
Beləliklə, hazırda SOCAR-ın vitse-prezidentlərinin ümumi sayı 12 nəfərə çatıb. Bəhram Hüseynov bundan öncə Xoşbəxt Yusifzəadənin geologiya məsələlri üzrə asistenti, Yaşar Lətifov isə R. Abdullayevin AÇQ məsələləri üzrə asistenti işləyiblər. Hər ikisi vaxtilə BP-Azərbaycan şirkətində menecer vəzifəsində çalışıblar.
Rövnəq Abdullayev bu dəyişikliklərin SOCAR-ın idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu söyləyib. 12/08D
Rəy yaz