III Dövlət özəlləşdirmə proqramı layihəsi hazırdır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı” layihəsini hazırlayıb. Sənəd Prezident Administrasiyasına və Hökumətə təqdim edilib. Yeni Özəlləşdirmə Proqramının hazırlanması ilə bağlı dünyada “Böyük Dördlük” kimi tanınan KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche” beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb.
Yeni Özəlləşdirmə Proqramının başlıca məqsədi iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır.
I Dövlət özəlləşdirmə proqramı 1995-ci ildə qəbul edilib və 2000-ci ildə başa çatdırılıb. Həmin ilin avqustunda «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» qanun qəbul edilib və II Dövlət özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılıb.
İndiyədək 50 mindən çox «kiçik» özəlləşmə obyekti, o cümlədən avtonəqliyyat vasitəsi, eləcə də 1600 səhmdar cəmiyyəti özəlləşdirilib.
ƏMDK bu günlərdə 2016-cı ilin I rübündə özəlləşmə barədə hesabat verib. Hesabata əsasən, 70 obyekt, qeyri-yaşayış binası, yarımçıq tikili və 125 özəlləşdirilmiş və özəl müəssisə və obyektlərin altındakı torpaq sahəsi satılıb. 08D
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:52
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz