Sənaye investisiyalarının 98%-i xammal hasilatına qoyulub
İlin I rübündə Azərbaycanda sənayeyə 2 mlrd 307,8 mln manat (ötən ilin eyni dövrünə nisbətən mənfi 12,8%) investisiya qoyulub. Bu, iqtisadiyyata investisiyaların 80,2%-dir, - deyə Dövlətstatkom bildirir.
Bunun 97,53%-i və ya 2 mlrd 250,9 mln manat hasilat sənayesinə (6,5% azalma) qoyulub.
Bundan başqa, nəqliyyat və anbar təsərrüfatına 127,7 mln manat (mənfi 46,2%), mənzil tikintisinə 125 mln manat (mənfi 56,5%), emal sənayesinə 18,2 mln manat (mənfi 55,5%) vəsait qoyulub. --17D—
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:56
-
- İqtisadiyyat
- 21 Aprel 2016 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz