Daşınmaz əmlak bazarında aktivlik 24,5% azalıb
Bu ilin I rübündə Azərbaycanda 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 12 min və ya 24,5% azdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin iclasında qeyd edilib ki, daşınmaz əmlak bazarında aktivlik təkrar bazar hesabına azalır. Əgər 2015-ci ilin yanvar-martında alqı-satqı müqavilələri üzrə 38 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıbsa, bu il bu göstərici 26 minə düşüb.
Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında aktivliyin azalması investorların daşınmaz əmlak obyektlərinin daha da ucuzlaşacağı gözləntisi ilə bağlıdır.
İlk dəfə 11 min obyektə daşınmaz əmlak reyestrindən çıxarış verilib. Bu göstərici ötən il də belə olub. 08D
-
- İqtisadiyyat
- 21 Aprel 2016 14:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz