Iri şəhərlər və sərhəd rayonlarının investorları vergi və gömrük güzəşti əldə edəcək
И Prezidenti imzaladığı fərmanla investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri müəyyən edilib.
Sənədə əsasən, 200 mindən 10 mln manatadək vəsait qoyan sahibkarlar vergi və gömrük güzəşti nəzərdə tutan sənəd əldə edəcək. Siyahıya 5 regionda 32 iqtisadi fəaliyyət sahəsi nəzərdə tutulur. Birinci region Bakı, ikinci Bakı qəsəbələri və Abşeron, üçüncü Sumqayıt və Gəncə; dördüncü ilk üç regionla əlaqəsi olanlar, beşincisi Naxçıvan, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Lerik, Yardımlı, Balakən və Qusardır.
Təsdiqedici sənədi almaq üçün investor İqtisadiyyat Nazirliyinə müraciət edir. Ərizəyə idxal edilən texnika və avadanlığın siyahısı, onların ABŞ dolları ilə qiyməti əlavə edilir. Sənəd 7 iş günü ərzində verilir. İqtisadiyyat Nazirliyi ərizəyə baxarkən onun investisiya layihəsinə uyğunluğunu yoxlayır. İqtisadiyyat Nazirliyi 3 gün ərzində təsdiqedici sənədin verilməsi barədə Vergilər Nazirliyi və Gömrük Komitəsinə məlumat verir. --17D—
-
- İqtisadiyyat
- 21 Aprel 2016 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz