SOCAR qazının maya dəyərinin 140 manatdan çox olduğunu təsdiq edib
SOCAR-ın neft və qazçıxarma idarələri (NQÇİ) üzrə 1000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1000 kubmetr təşkil edib. Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.
Onun sözlərinə görə, ötən il SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 52,02 manat, şirkət üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri isə 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb.
Quliyev deyib ki, bu il NQÇİ-lər üzrə 1000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən HPBS-nin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 53,97 manat olub, satışa buraxılan təbii qazın orta maya dəyəri isə 140,42 manat/1000 kubmetr təşkil edib.
Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci ildə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır. –0--
-
- İqtisadiyyat
- 12 Dekabr 2016 11:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz