SOCAR Turkey və Goldman Sachs payın satışı barədə saziş imzalayacaq
SOCAR Turkey Enerji və Goldman Sachs 25% payın Petlim Limancılık A.Ş şirkətinə satışı barədə saziş imzalayacaq. Bu barədə Türkiyənin Denizhaber qəzeti məlumat verib.
İnformasiyaya əsasən, bu günlərdə qismən özəlləşmə barədə saziş imzalanacaq.
Əvvəllər «SOCAR Turkey» şirkətinin rəhbəri Kənan Yavuz bildirmişdi ki, Petlim Limancılık şirkətinin səhmlərinin bir hissəsi özəlləşdirilə bilər.
Yavuzun sözlərinə görə, şirkət Goldman Sachsla Petlim Limancılık A.Ş-nin səhmlərinin bir hissəsinin satışı barədə məsləhətləşir.
O, qeyd edib ki, Petlim Limancılık şirkətinin səhmlərinin 25%-i özəlləşdiriləcək. "Petlim Limancılıkın səhmlərinin satışı maliyyə çatışmazlığı ilə bağlı deyil", - deyə Yavuz bildirib.
O deyib ki, özəlləşmə şirkətə etimadı sübut edən vacib hadisə olacaq.—0—
-
- Sual-cavab
- 9 İyul 2014 14:23
-
- İqtisadiyyat
- 9 İyul 2014 15:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz