SOCAR Türkiyədəki səhmlərinin 13%-i Amerika bankına niyə satıb?
Amerikanın Goldman Sachs International (GSI) bankı SOCAR Turkiye Enerjinin səhmdarı olub, deyə SOCAR Turkiye Enerjinin rəhbəri Kənan Yavuz Facebook səhifəsində yazıb.
GCI $1,3 mlrd ödəyərək SOCAR Turkiye Enerji-nin səhmlərinin 13%-I alıb.
«Goldman Sachs SOCAR Turkiye Enerjidəki payını IPO vasitəsilə 6 ildə sata bilər. Əgər bu, baş tutmasa, Goldman Sachs SOCAR Turkiye Enerji səhmlərinin 10%-i geriyə sata bilər, 3% isə SOCAR-a məxsus Sermaye Investments Limited» şirkətinə satıla bilər, – deyə Yaviz izah edib.
Onun sözlərinə görə, GSI ilə əqd SOCAR Turkiye Enerjiyə imkan verəcək ki, Petkimi özəlləşdirmək üçün aldığı $1 mlrd krediti vaxtından əvvəl ödəsin.
Yavuz deyib ki, SOCAR Turkiye Enerjinin investisiya portfeli $20 mlrd-dır. –12D--
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:01
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz