SOCAR və CNPC arasında əməkdaşlıq perspektivləri
SOCAR Bakının Qaradağ rayonunda yeni NEZ və neft- kimya kompleksinin (OGPC) inşası layihəsinin reallaşması üçün investor və tərəfdaş kimi Çin Milli Neft Korporasiyasını (CNPC) cəlb etmək istəyir. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Qeyd edək ki, SOCAR və CNPC iyunun 1-də neft-qaz və neft-kimya sahələrində birgə fəaliyyət haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
“CNPC şirkəti neft-kimya sahəsində böyük təcrübəyə malikdir və investor kimi OGPC kompleksinin inşası layihəsində iştirak etmək istəyir.
Biz bu şirkətlə danışıqlara başladıq, bu layihənin pay iştirakçısı, Exim-bank və Çinin digər banklarından vəsait cəlb etməklə investor olmağı təklif etdik”, - R.Abdullayev bildirib.–0—
-
- İqtisadiyyat
- 3 İyun 2016 11:45
-
- Siyasət
- 3 İyun 2016 11:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz