SOCAR yanvar-mayda neft hasilatını 1,2% azaldıb
Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-mayında 3 mln 462,1 min ton neft hasil edib. Bu, ötən ilin eyni dövründəkindən 1,2% azdır. Bu barədə şirkətin saytında məlumat verilir.
2015-ci ilin mayında SOCAR 706,5 min ton neft çıxarıb.
2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı həcmi 41,9 mln ton olub. Bunun 8 mln 402,5 min tonu SOCAR neftidir.
Əvvəllər SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilirdi ki, SOCAR-ın 2015-ci ildə 8,3 mln ton neft hasil etməsi proqnozlaşdırılır.—12D--
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz