SOCAR yazda yeraltı qaz anbarlarına 382 mln kubmetr qaz vurub
SOCAR bu il mayın 18-ə kimi yeraltı qaz anbarlarına ümumilikdə 382 milyon 438 min kubmetr qaz vurub. Bu barədə şirkətin məlumatında deyilir.
Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı aktiv qazın miqdarı 1 milyard 363 milyon 313 min kubmetr təşkil edir.
SOCAR-ın məlumatında deyilir ki, bu həcmin də 632 milyon 631 min kubmetri "Qalmaz", 730 milyon 682 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşür.
Qalmaz qaz anbarına 134 milyon 195 min kubmetr, "Qaradağ" qaz anbarına 248 milyon 243 min kubmetr qaz vurulub.
YQA-a qaz vurulması noyabrda başa çatacaq.
Məlumata əsasən, yeraltı anbarlara vurulan təbii qazın miqdarı onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin payız-qış mövsümündə də ölkə istehlakçılarının "mavi yanacaq"la təchizatında heç bir problem olmayacaq.
* SOCAR-ın balansında iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. “Qalmaz” Bakıdan 75 km cənub-şərqdə yerləşir, 1955-ci ildə istismara verilib. “Qaradağ” Bakıdan 25 km cənub-şərqdə yerləşir, 1954-cü ildə istismara verilib. –12В—
-
- İqtisadiyyat
- 19 May 2016 23:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz