Gürcüstan 2020-ci ildən Azərbaycan qazının tranzitinə görə 1 mlrd kubmetr qaz alıb
"Cənub qaz dəhlizi" layihəsinin iştirakçısı olan Gürcüstan 2020-ci ildən etibarən ildə 1 mlrd kubmetr qaz almaq ümidindədir, deyə ölkənin baş naziri Georgi Kvirikişvili bəyan edib.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Kvirikişvili çərşənbə axşamı Salonikdə Transadriatik qaz kəmərinin tikintisinin başlanmasına həsr edilmiş mərasimdə iştirak edib.
Azərbaycan qazının nəqli üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası sazişinə əsasən, Gürcüstan öz ərazisindən Azərbaycan qazının nəqlinə görə hər 1000 kubmetr qazın 5%-i tranzit ödənişi kimi alır. –0--
-
- İqtisadiyyat
- 20 May 2016 11:11
-
- Söz istəyirəm
- 20 May 2016 11:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz