Son 10 ildə bu il ikinci dəfə ixracda mənfi nəticə olub
Apreldə Azərbaycana ümumilikdə 974,6 mln dollarlıq mal idxal edilib. Bu, mal ixracı həcmindən çoxdur (886,6 mln dollar). Bu il ikinci dəfədir ki, idxal ixracı üstələyir (fevralda - 76 mln dollar). Ekspertlər ölkənin valyuta ehtiyatlarının azalması fonunda bu tendensiyanı mənfi qiymətləndirir.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin 4 ayında xarici ticarət əməliyyatlarının həcmi $7 mlrd 673,4 mln olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 22,4% azdır.
İlin əvvəlindən idxal həcmi $3,4 mlrd olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 24,4% çoxdur. İdxalın 21,6%-i ($735,5 mln) dövlət sektorunun payına düşür.
Bu il mal ixracı $4 mlrd 270,3 mln təşkil edib. Bu, 2014-cü ilin eyni dövründəkindən 40,3% azdır. Bunun yalnız 11,4%-i ($485,2 mln) qeyri-dövlət sektorunun payına düşür. 08D
-
- İqtisadiyyat
- 16 May 2015 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz