Avtonəqliyyat vasitələrinin idxalı ciddi şəkildə azalıb
Bu ilin 4 ayında Azərbaycana 12 890 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 13 842 ədəd azdır.
Deyilən dövrdə xaricdə 11 740 ədəd minik avtomobili alınıb. Bu, 2014-cü ilin eyni dövründəkindən 12 153 ədəd azdır.
Ekspertlər idxal edilən avtomobillərin sayının azalmasını ilin əvvəlindən idxala aksiz dərəcəsinin artırılması, eləcə də sosial-iqtisadi vəziyyətlə bağlayırlar.
İlin əvvəlindən 393 avtobus, 645 yük avtomili, 112 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.
Xatırladaq ki, 2012-ci ildə Azərbaycana 101 255 (bunun 89 652-si minik avtomobilidir), 2013-cü ildə 104 385 (94 879), 2014-cü ildə 63 368 (57 615) avtonəqliyyat vasitəsi gətirilib. 08D
-
- İqtisadiyyat
- 15 May 2015 20:03
-
- İqtisadiyyat
- 16 May 2015 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz