Son iki ayda mal əti 13,7% bahalanıb
Avqustun 1-dən mal əti 0, 50 manat və ya 6,6% bahalanaraq 1 kq-ı 8 manata çatıb.
Bu, son iki ayda ikinci bahalanmadır. İyunda ət 0,50 manat 7 manatdan 7,50 manata və ya 7,1% bahalanmışdı.
Turan-ın araşdırmaları göstərir ki, ötən illər də iyun-iyulda 7 manatdan 7,50 manata bahalanıb.
2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manardan 8,5 manata bahalanıb, sonar 7 və 7,5 manata düşüb.
2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.
Mal əti 2012-ci ilin sonu – 2013-cü ildə 9 manata bahalanmışdı.
Agentlik ekspertlərinin fikrincə, indiki bahalanma toy mövsümü ilə bağlıdır.
Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.
Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalanır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.
Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin apyı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.—0—
-
- Cəmiyyət
- 1 Avqust 2016 11:27
-
- İqtisadiyyat
- 1 Avqust 2016 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz