«Soqlasiye» Azərbaycanda
Rusiyanın "Soqlasiye" sığorta şirkəti (http://www.soglasie.ru) sığorta bazarında fəaliyyət formatını dəyişir. Bu günlərdə şirkətin Bakı ofisi açılacaq.
Tərəfdaşlıqdan tam fəaliyyətə keçid təkcə onun rəhbərinin azərbaycanlı olması (Elnur Süleymanov) ilə bağlı deyil.
«Maliyyə Nazirliyinin siyasəti proqressiv sığorta bazarı yaratmağa kömək edir. Onun yüksək potensialını nəzərə alan «Soqlasiye» ölkələr arasında əməkdaşlığın inkişafında maraqlıdır», – deyə o, yerli KİV üçün 19 sentyabr mətbuat konfransının anonsunda bildirib.
Şirkət təkrarsığorta riskləri sahəsində xidmət göstərəcək. Emin Aslanov təmsilçiliyin rəhbəri təyin edilib.
«Soqlasiye» 1994-cü ildə yaradılıb. Nizamnamə kapitalı 4,3 mlrd rubldur (100 mln manatdan çox). Təkrarsığorta həcmi 3 mlrd 825 mln rubldur. Tərəfdaşları Hannover Re, Munich Re, Swiss Re, SCOR və başqa etibarlı təkrarsığortaçılardır. 700-dən çox şöbəsi var: Moskvada 88 ofisi, 77 filialı, 231 agentliyi, 171 iş yeri və RF regionlarında 136 əlavə ofisi var. --17D—
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 12:57
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz